ABŞ 300 əcnəbi tələbənin vizasını ləğv etdi

ABŞ 300 əcnəbi tələbənin vizasını ləğv etdi

ABŞ dövlət katibi Marko Rubio "HƏMAS-ı dəstəklədiyini" iddia etdiyi ən azı 300 əcnəbi tələbənin vizalarının ləğv edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Marko Rubio Qayana səfəri zamanı keçirdiyi mətbuat konfransında hazırkı tələbə vizasının ləğvini dəyərləndirib.

Massaçusetsdəki Tufts Universitetində doktorantura pilləsində təhsil alan türkiyəli tələbə Rümeysa Öztürklə bağlı sualı cavablandıran Rubio bildirib ki, rəhbərlik bu məsələdə çox ciddidir.

O bəyan edib ki, “HƏMAS tərəfdarları” və “dəlilər” (İsrailə qarşı) kimi xarakterizə etdiyi 300-dən çox əcnəbi tələbənin vizaları ləğv edilib:

"Biz bunu hər gün edirik. Hər dəfə bu çılğın adamlardan birini tapanda onların vizalarını götürürəm, 300, bəlkə də daha çox insan. Biz hər gün xaos yaradan bu çılğın insanları axtarırıq".

Rubio Tufts Universitetində doktoranturada təhsil alan türkiyəli tələbə Öztürkün tələbə vizasının ləğv edildiyini və deportasiya ediləcəyini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"