“Zirə”dən darmadağın

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edib.
Bu oyunda meydan sahibləri darmadağına seviniblər.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Turan Tovuz”a 4:1 hesabıyla qalib gəlibsə, “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) matçlarında qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası
28-ci tur
30 mart
“Zirə” – “Şamaxı” 3:0
Qollar: Davit Volkov, 53. Ruan Renato, 71. Salifu Suma, 90+3.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.
"Cebheinfo.az"