Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
"Report"un məlumatına görə, final matçında NTD və "Gəncə" komandaları üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib - 81:72.
Qeyd edək ki, ötən mövsüm "Neftçi" bu titula sahib çıxıb.
"Cebheinfo.az"