ABŞ bunu da etdi: Dezinformasiya bölməsini...

ABŞ Dövlət Departamenti dezinformasiya bölməsini illik 50 milyon dollara başa gəldiyinə görə bağlamaq qərarına gəldi.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti əvvəllər Qlobal İştirak Mərkəzi (GEC) kimi tanınan “Xarici İnformasiya Manipulyasiyası və Müdaxilə ilə Mübarizə” ofisi ilə bağlı açıqlama verib.
Məlumatda ABŞ ictimaiyyətinə dezinformasiya ilə mübarizə aparan ofisin xərclərinin hər il təxminən 50 milyon dolları ötdüyü və bu bölmənin artıq fəaliyyət göstərməyəcəyi qeyd edilib.
Xəbərdə sözügedən qurumun "ABŞ vətəndaşlarını senzura etmək üçün" istifadə edildiyi də iddia edilib.
Digər tərəfdən, bəzi Demokratlar və Respublikaçılar partiyasının üzvləri hesab edirlər ki, sözügedən bölmə “Rusiya və Çin dezinformasiyası” ilə mübarizədə çox mühüm rol oynayır.
Nigar
"Cebheinfo.az"