ABŞ-da atışma nəticəsində azı 6 nəfər yaralanıb

ABŞ-ın Kolorado ştatında baş verən silahlı insident nəticəsində ən azı altı nəfər yaralanıb.
Bu barədə "ABC News" məlumat yayıb.
Məlumatlara görə, yaralılardan dördü xəstəxanaya yerləşdirilib, biri ağır vəziyyətdədir.
Polisin açıqlamasında qeyd edilir ki, atışma bir neçə şəxsin iştirakı ilə baş vermiş münaqişənin nəticəsidir.
Hadisənin təfərrüatları üzrə istintaq aparılır.
"Cebheinfo.az"