“Zirə” mövsümü qələbə ilə bitirdi

Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.
"Cebheinfo.az" xəbər verir ki, 36-cı turun və mövsümün sonuncu oyununda “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəliblər.
“Zirə” bu oyundan minimal hesabla qalib ayrılıb.
Daha öncə “Səbail” evdə “Sumqayıt”a (1:4), “Şamaxı” isə “Qarabağ”a (0:1) uduzub, “Sabah” “Neftçi”ni 1:0 hesabıyla məğlub edib.
Azərbaycan Premyer Liqası
36-cı tur
25 may
“Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Junior Martins, 58.
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
“Liv Bona Dea Arena”, 19:30.
"Cebheinfo.az"