Ağstafada 20 yaşlı gənc dəm qazından zəhərlənib

Ağstafa rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Röya Tağıyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"