Alonso "Real"a baş məşqçi təyin olunub

Alonso "Real"a baş məşqçi təyin olunub

İspaniyalı Xabi Alonso "Real"ın baş məşqçisi vəzifəsinə təyin edilib.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Alonso ilə müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, 2021-ci ildən "Kral klubu"na italiyalı Karlo Ançelotti başçılıq edirdi, o həmçinin 2013-2015-ci illərdə də klubda çalışmışdı. Bir müddət əvvəl Ançelottinin Braziliya millisinin yeni baş məşqçisi təyin edildiyi bildirilmişdi.

“Cebheinfo.az”