“Ən böyük arzumuz Ukrayna-Rusiya müharibəsinin başa çatmasıdır”

“Azərbaycan Ukraynadakı münaqişəsinin siyasi yolla həllinin tərəfdarıdır”.
Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu xüsusda, mayın 15-də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını yüksək qiymətləndirik:
“Bu danışıqlar nəticəsində hərbi əsirlərin dəyişdirilməsinin razılaşdırılmasl artıq müsbət cəhətdir. Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya humanitar yardım göstərir. Ən böyük arzumuz müharibənin başa çatmasıdır”.
"Cebheinfo.az"