Britaniyada sabiq baş naziri yenidən siyasətə qaytarmaq istəyirlər

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının nümayəndələri keçmiş baş nazir Boris Consonu siyasətə qaytarmaq istəyirlər.
Bu barədə “The Sun” qəzeti partiyadakı mənbələrə istinadən yazır.
“Boris Consonun köhnə çevrəsindən bəziləri yenidən əlaqə saxlayıb və onun qayıtması ilə bağlı danışıqlar aparır. Onlar Borisin geri qayıtmasını istəyirlər”, – nəşr yazır.
Consonu Mühafizəkarlar Partiyasının lideri təyin etmək istəyirlər.
Qeyd edək ki, partiyanın hazırkı lideri Kemi Badenokdur.
“Cebheinfo.az”