Günəşdə güclü PARTLAYIŞ

Günəşdə güclü PARTLAYIŞ

Bazar günü Günəşdə X sinifli partlayış qeydə alınıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan TASS-a məlumat verilib.

“Mayın 25-də Moskva vaxtı ilə saat 04:52-də 4098 (S05W22) günəş ləkələri qrupunda rentgen diapazonunda 17 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”, - institutdan bildirilib.

Günəşdəki partlayışlar  rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində hər kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayış adətən günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.

Xəzər
“Cebheinfo.az”