“Ötən il bu rəqəm 460 milyon dollar civarında olub” - Ceyhun Bayramov

“Ötən il bu rəqəm 460 milyon dollar civarında olub” - Ceyhun Bayramov

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb və dəstəkləyir”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın torpaqlarının işğal altında olduğu zaman ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıyıb.

O, xatırladıb ki, Azərbaycan Ukrayna ilə bir sıra beynəlxalq təşkilatlar və platformalarda da əməkdaşlığı davam etdirir.

“Əfsuslar olsun ki, Ukrayna və Rusiya arasında davam edən müharibə iqtisadi məsələlərə təsirsiz ötüşməyib:

“2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dolları idisə, 2023-cü ildə bu rəqəm 350 milyon dollar təşkil edib. 2024-cü ildə isə ötən illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 460 milyon dollar civarında olub”, - deyə Ceyhun Bayramov qeyd edib.

"Cebheinfo.az"