Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq?

Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.

Bakupost.az -ın məlumatına görə, mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.

"Cebheinfo.az"