Rusiyada azərbaycanlılara daha bir QADAĞA

Rusiya Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin rəhbəri Yaroslav Nilov əcnəbilərə birdən çox abunəçi nömrəsinin olmasını qadağan edən qanun layihəsi hazırlayıb.
“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-dən əcnəbilərin öz adına 10-dan çox abunəçi nömrəsini qeydiyyatdan keçirməsinə qadağa qüvvəyə minib. Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər telekommunikasiya operatorları ilə yalnız ofislərdə şəxsən şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdə və biometrik məlumatlardan məcburi istifadə etməklə müqavilə bağlaya bilərlər.
"Əcnəbilərin birdən çox abunəçi nömrəsinə sahibliyinin məhdudlaşdırılması zərurəti ilə bağlı qanun layihəsi ölkədə təhlükəsizlik səviyyəsinin artırılması istiqamətində mühüm addımdır. O, milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib. Bu qanun layihəsinin qəbulu bizə müasir çağırış və təhdidlərə effektiv cavab verməyə, xarici vətəndaşların rabitəsinə nəzarəti təmin etməyə imkan verəcək", - deyə izahatda qeyd olunub.
Xəzər
“Cebheinfo.az”