Putinin helikopteri döyüşün düz ortasında qalıb

Rusiya Prezidenti Vladimir Putinin vertolyotu Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının irimiqyaslı hücumunu dəf etmək üçün episentrdə olub.
“Cebheinfo.az” “News.ru”-ya istinadən xəbər verir ki, hadisə mayın 20-də baş verib.
Həmin gün Ukraynanın hücumların intensivliyini xeyli artırıb.
“Prezidentin helikopteri faktiki olaraq düşmən pilotsuz təyyarələrinin kütləvi hücumunu dəf etmək episentrində olub. Kursk vilayəti ərazisi üzərində ali baş komandanla birlikdə təyyarənin uçuşu zamanı hücumun intensivliyi xeyli artıb...”,-deyə mənbə deyib.
"Rusiya-24" telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin bildirib ki, rus hərbçiləri eyni vaxtda döyüşləri aparıb və Rusiya Prezidentinin təhlükəsizliyini təmin ediblər:
“Sonda pilotsuz təyyarənin hücumunu uğurla dəf etdilər. Bütün hava hədəfləri vuruldu”.
Xəzər
“Cebheinfo.az”