Pakistanda fırtına - 10 nəfər öldü

Pakistan əhalisinin sıx məskunlaşdığı Pəncab əyalətində fırtına olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, fırtına zamanı köhnə və baxımsız binaların çökməsi nəticəsində 10 nəfər ölüb, daha 45 insan xəsarət alıb.
Qeyd edilir ki, təbii fəlakət bir sıra şəhərlərə güclü ziyan vurub. Pəncab əyalətinin Jelum, Lahor, Ravalpindi, Şeyhupura, Nankana Sahib, Sialkot, Mianvali şəhərləri təbii fəlakətdən ən çox zərər çəkib. Güclü külək Lahorun bir çox ərazilərində ağacları yıxıb, xeyli sayda evə, mağazaya və nəqliyyat vasitəsinə ziyan dəyib.
Dövlət orqanlarının nümayəndələri ölənlərin ailələrinə maddi yardım göstəriləcəyini bildiriblər. Karaçidən Lahora uçan, özəl aviaşirkətə məxsus FL-842 reysinin təyyarəsi eniş zamanı fırtına ilə üzləşib. Güclü külək səbəbindən eniş edə bilməyən təyyarə yenidən havaya qalxaraq Karaçiyə qayıdıb.
Pəncabda fövqəladə vəziyyət elan edilib. Hakimiyyət orqanları fırtınadan zərər çəkən bölgələrdə təcili tədbirlər görülməsini tapşırıb.
"Cebheinfo.az"