Namizədlər bu məsələyə görə “DÖYÜŞÜRLƏR”

Namizədlər bu məsələyə görə “DÖYÜŞÜRLƏR”

Polşanın hakim partiyasının prezidentliyə namizədi, Varşava meri Rafal TrzaskoVski ifrat sağçı və anti-Ukrayna mövqeyi ilə tanınan siyasətçi Slavomir Mientzenin Ukraynanı NATO-ya qəbul etməmək vədini özündə əks etdirən bəyannaməsini imzalamaqdan imtina edib.

“Cebheinfo.az” bu barədə “Radio Zet”-ə istinadən xəbər verir.

Rafal Trzaskovski də müxalifət partiyası PiS tərəfindən dəstəklənən Karol Navrotski kimi, anti-Ukrayna Konfederasiyasının lideri Menzenin dəvətini qəbul edib. Söhbət zamanı o, öz proqramının əsas məqamlarına münasibətini soruşub. Sənəddə səkkiz belə məsələ var.

Trzaskovski və Navrotski iyunun 1-də keçiriləcək prezident seçkilərinin ikinci turunda üz-üzə gələcəklər.

Menzenin bəyannaməsinin bəndlərindən biri namizədin prezident olacağı təqdirdə Ukraynanın NATO-ya üzvlüyünün ratifikasiyası haqqında qanunu imzalamayacağına dair vəddir. Bəyannamədə beşinci olan bu məqama münasibət bildirən Trzaskovski Menzenlə razılaşmadığını bildirib.

"Təhlükəsizlik təminatları olmasa, Putin silahlanıb yoluna davam edəcək. Polşa Ukraynanı NATO-ya qəbul etməyə çalışmalıdır", - o deyib.

Menzen onun sözlərinə dərhal cavab verib:

“Əgər Putin NATO-nun üzvü olmasına baxmayaraq, Polşaya hücum edə bilsə, NATO-da Ukraynaya da hücum edə bilər”.

Trzaskovski qəti şəkildə razı olmadığını bildirib:

"Mən Putini çox yaxşı tanıyıram və onu yaxından izləyirəm. O, ancaq güc dilini başa düşür".

Menzen deyib ki, hamı Ukraynanın nizamlanmamış sərhədləri olduğunu bilir.

"Üstəlik, hətta Baydenin prezidentliyi dövründə də Birləşmiş Ştatlar Ukraynanın NATO-ya daxil olmasına razılıq vermədi. Polşa niyə qeyri-mümkün bir şeyə can atmalıdır?”, - Konfederasiya lideri sorusub.

"Mən bunun asan proses olacağını deməmişəm. Polşa Ukraynanı NATO-ya qəbul etməyə çalışmalıdır. Yalnız bundan sonra biz təhlükəsiz olacağıq", - Trzaskovski vurğulayıb. O qeyd edib ki, Ukrayna potensial olaraq 10-15 ildən sonra NATO-ya üzv ola bilər.

Eyni zamanda, Trzaskovski Polşa qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinə çıxış edib.

Nəticədə, Varşava meri onun rəqibi Karol Navrotskinin imzaladığı Menzen bəyannaməsini imzalamaqdan imtina edib.

Navrotski, həmçinin Ukraynanın NATO-ya üzvlüyünün ratifikasiyası barədə olan qanunu imzalamayacağına da inandırıb.

Xəzər
“Cebheinfo.az”