Diktatorun gözü qarşısındakı qəzaya görə: Onlar tutuldular

Şimali Koreya hakimiyyəti çərşənbə günü yeni hərbi gəminin suya buraxılması zamanı baş vermiş qəza ilə əlaqədar gəmiqayırma zavodunun üç əməkdaşını saxlayıb.
“Cebheinfo.az” xəbər verir ki, məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
Suya buraxılma mərasimi zamanı 5000 tonluq esminesin dibinin hissələri dağıdılıb, gəmi tarazlıqdan çıxıb.
Şimali Koreya lideri Kim Çen Inın “cinayət aktı” adlandırdığı hadisə ilə bağlı istintaq davam edir.
KCNA-nın məlumatına görə, “qəzaya görə məsuliyyət daşıyanlar” qismində esminesin inşa edildiyi Çonqjindəki şimal tərsanəsinin baş mühəndisi, eləcə də tikinti meneceri və inzibati meneceri saxlanılıb.
Saxlanılanların hansı cəzaya məruz qalacağı hələlik məlum deyil.
Xəzər
“Cebheinfo.az”