İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib

İspaniya hökuməti İsrailə silah satışına embarqo tətbiq edilməsinin tərəfdarıdır.
Bunu ölkənin xarici işlər naziri Xose Manuel Albarez bildirib.
“Hamı silah tədarükünə embarqo tətbiq etməlidir. İsrailə silah satışı qəbulolunmazdır”, – nazir qeyd edib.
Albarez Avropa İttifaqı ilə İsrail arasında mövcud olan assosiasiya sazişinin dayandırılmasına da çağırıb.
O qeyd edib ki, bu addım Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmadığı təqdirdə atılmalıdır.
"Cebheinfo.az"