ABŞ-də dəhşət: Kişini qəsdən yandırdılar - FOTOLAR

ABŞ-də dəhşət: Kişini qəsdən yandırdılar - FOTOLAR

ABŞ-nin Nyu-York şəhərinin məşhur Tayms meydanında dəhşətli cinayət baş verib.

"Cebheinfo.az" xəbər verir ki, naməlum şəxs 49 yaşlı kişini qəsdən yandırıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, hücum edən şəxs qurbanın üstünə tezalışan maye tökərək od vurub.

Şahidlərin lentə aldığı kadrlarda qurbanın səkidə çılpaq və mavi yorğana bükülmüş vəziyyətdə dayandığı görünür.

Polis həmin şəxsin xəstəxanaya aparıldığını və vəziyyətinin stabil olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma başlanıb, səlahiyyətlilər hələ də hücumçunu axtarır.

Nigar Hacılı 
"Cebheinfo.az"