Dəniz Əsədovaya 6 aylıq cəza verildi

Dəniz Əsədovaya 6 aylıq cəza verildi

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə müğənni Dəniz Əsədova  Cinayət Məcəlləsinin 147.2- ci (böhtan)  və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, Binəqədi   Rayon Məhkəməsində Dəniz Əsədova bundan başqa digər vəkil Asim Abbasovu və Cavidan Osmanlını da təhqir etməkdə və onlara böhtan atmaq təqsirləndirilir.

Qeyd edək ki, Dəniz Əsədova  daha əvvəllər  də AR CM 178-ci ( Dələduzluq) və 147, 148-ci maddələri ilə məhkum olunub.

"Cebheinfo.az"