Bayram namazı nə vaxt qılınacaq? - QMİ-dən açıqlama

Bayram namazı nə vaxt qılınacaq? - QMİ-dən açıqlama

Bayram namazı mart ayının 30-da qılınacaq.

"Cebheinfo.az"  xəbər verir ki, bunu “trend.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur.

"Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00-da qılına bilər. Hələlik fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir", - deyə F.Nurullayev qeyd edib.

"Cebheinfo.az"