ABŞ Nigerdən qovuldu: Əsgərləri...

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nigerdəki 300-ə yaxın ABŞ əsgərinin sentyabrın 15-dək ölkədən çıxacağını açıqlayıb.
"Cebhe.info" xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Nigerdəki ABŞ əsgərlərinin vəziyyətindən danışan Sinq, iyulun 7-dən etibarən paytaxt Niameydəki 101-ci hava bazasından tamamilə geri çəkildiklərini bildirib. ABŞ-nin Nigerdə 300-ə yaxın əsgərinin olduğunu bildirən Sing, qalan əsgərlərin 15 sentyabra qədər təhlükəsiz və nizamlı şəkildə ölkədən çəkiləcəyini bildirib.
Xatırladaq ki, martın 17-də Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlamış və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etməsini tələb etmişdi.
Nigar Hacılı
"Cebhe.info"