Almaniya Ukraynanı "BMP Marder" ilə təchiz etmək imkanını nəzərdən keçirir

Almaniya hökuməti Ukraynaya "Marder" piyada döyüş maşınları vermək imkanını nəzərdən keçirir.
B barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Nəzəri olaraq Kiyevə nə qədər piyada döyüş maşınının göndərilə biləcəyi dəqiqləşdirilməyib.
"Agence France-Presse" xəbər verir ki, Fransa Ukraynaya AMX-10 RC təkərli tanklar göndərmək niyyətindədir.
"Bloomberg" isə bildirir ki, Birləşmiş Ştatlar Kiyevə "Bradley" piyada döyüş maşınlarının verilməsini istisna etmir.
Cebhe.info