Almaniyada hərbi poliqonda yanğınların sahəsi genişlənir

Almaniyada hərbi poliqonda yanğınların sahəsi genişlənir

Almaniyanın Brandenburq əyalətində döyüş sursatlarının saxlandığı hərbi poliqonda 3 gündür meşələr yanır.

Bu barədə ZDF məlumat yayıb.

Hazırda 35 hektar meşə sahəsin yanıb və küləyin güclənməsi vəziyyəti çətinləşdirib.

“Fövqəladə hallar xidmətləri çərşənbə günündən etibarən sursatların yerləşdiyi ərazidə meşə yanğınını söndürür”, - məlumatda bildirilib.

Telekanalın məlumatına görə, yanğının söndürülməsinə 25 yanğınsöndürən avtomobil cəlb olunub.

Cebhe.info