Bu ölkədə qızılca tüğyan edir: Deputatlar toplaşır

Bu ölkədə qızılca tüğyan edir: Deputatlar toplaşır

Son həftələrdə Polşada qızılca xəstəliyinə yoluxma hallarının əhəmiyyətli dərəcədə artması müşahidə olunub. 

“Cebhe.info” xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Son həftələrdə 100-dən çox qızılcaya yoluxma müəyyən edilib, halbuki respublikanın Baş Sanitariya Müfəttişliyinin (GSI) məlumatına görə, bütün 2023-cü il ərzində Polşada bu virus infeksiyası diaqnozu qoyulmuş 36 nəfər qeydiyyata alınıb. Məlumata görə, infeksiyanın əsas yayılma ocaqları ölkənin ən böyük şəhərlərində - Varşava, Vroslav, Poznan və Lüblindədir. Xəstələrin əksəriyyətinin qızılcaya qarşı peyvənd olunmadığı vurğulanır. Virusun yayılmasının Seymin (Polşa parlamentinin aşağı palatası) səhiyyə üzrə komissiyasının iclasında müzakirə edilməsi planlaşdırılır.

Statistikaya görə, 2023-cü ildə Avropada qızılcaya yoluxma halları əvvəlki ilə nisbətən 45 dəfə çox qeydə alınıb.

Xəzər
“Cebhe.info”