Erməni nazir: “Azərbaycanla yekun razılığa çox yaxınıq”

Erməni nazir: “Azərbaycanla yekun razılığa çox yaxınıq”

“Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun razılaşdırılmış mətninə çox yaxındırlar”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu noyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, danışıqların daha intensiv davam etdiriləcəyi bir-iki formul qalır.

“İşlər hətta deyərdim ki, daha konstruktiv şəraitdə aparılır. 

Ehtiyatlı nikbinliklə bildirmək istərdim ki, biz həqiqətən də sülh müqaviləsinin mətni üzrə yekun razılığa çox yaxınıq”, - deyə XİN rəhbəri bildirib.

Xəzər
“Cebheinfo.az”