Ermənistan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr

Ermənistan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr

İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın və Cənubi Koreyanın xarici işlər nazirinin müavini Çunq Byunqun sədrliyi ilə Ermənistan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında 5-ci siyasi məsləhətləşmələr keçirilib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli gündəliyin geniş spektri, o cümlədən atom enerjisi sahəsində mümkün əməkdaşlıq, turizm, informasiya texnologiyaları, rəqəmsallaşma, süni intellekt və innovasiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən də qəbul edilib.

"Cebhe.info"