Azərbaycan cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Cebhe.info" xəbər verir ki, üçqat Avropa çempionu Albaniya, Portuqaliya və Rusiyadan olan rəqiblərinə qalib gəlib.

H.Heydərov yarımfinalda Adil Osmanov (Moldova) ilə qarşılaşacaq. Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

"Cebhe.info"