“Hizbullah”ın hədəfləri havadan vuruldu
İsrail Hərbi Hava Qüvvələri Tehrandakı İran hakimiyyətinə məxsus hədəflərə və Livanın paytaxtı Beyrutdakı “Hizbullah”a aid nöqtələrə eyni vaxtda genişmiqyaslı hava hücumu dalğası başladıb.
"Cebheinfo.az"-ın məlumatına görə, İsrail Müdafiə Ordusu bəyan edib ki, İsrail və ABŞ, Tehran ilə Vaşinqton rəhbərlikləri arasında danışıqlar davam etdiyi bir vaxtda, 28 fevralda İrana qarşı hərbi hücuma keçib.
İran da İsrail ilə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla, bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.
İran Qızıl Aypara Cəmiyyəti ölkəyə qarşı bombardmanlarda 555 nəfərin həyatını itirdiyini, 747 nəfərin isə yaralandığını açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"


