İran-ABŞ danışıqlarında onlar iştirak edəcək

İran-ABŞ danışıqlarında onlar iştirak edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 12-də Omanda ABŞ Prezidentinin elçisi Stiv Vitkoffla dolayı danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

“Cebheinfo-az”-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər yayıb.

“Şənbə günü Omanda İran və ABŞ arasında dolayı danışıqlar başlayacaq. İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff dolayısı ilə danışıqlar aparacaq. Əraqçi xəbəri təsdiqləyib” - məlumatda belə deyilir.

Qeyd edək ki, 2025-ci il oktyabrın 18-də ABŞ-nin 2018-ci ildə sazişdən çıxmasından sonra İranın qismən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının müddəti başa çatır.

Üzv ölkələr yeni sənədin olmamasından narahat olduqlarını bildirirlər.

Müşfiq Abdulla 
“Cebheinfo.az”