İsrail İrana hücum etməyə hazırlaşır

İsrail Hərbi Hava Qüvvələri İrana hücum etmək üçün hərbi təlimlər keçirir.
"Cebhe.info" xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması və İranın İsrailə gözlənilən hücum ethimalı ilə eyni vaxtda İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə hücumun simulyasiyası olan hərbi təlimlər keçirir.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri son bir neçə gün ərzində Kipr ordusu ilə birlikdə təlimlər keçirib.
Xatırladaq ki, İsrail təyyarələrinin uzaq məsafəyə uçması və hədəflərə hücuma hazırlığı ölkə ordusunun yaxın gələcəkdə İran ilə mümkün qarşıdurmaya hazırlışdağını görsədir.
Yunis Abdullayev
"Cebhe.info"