Makron Zelenski ilə Ukraynanı müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ Prezidenti Donald Trampla söhbətdən sonra Fransa lideri Emmanuel Makronla müzakirələr aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bildirilib ki, V.Zelenski Makronla Ukraynada sülh prosesini müzakirə edib.
"Volodimir Zelenski və Emmanuel Makron təkbətək görüşürlər. Onlar gələcək sülh səylərini müzakirə edirlər", - paylaşımda qeyd edilib.
XİN başçısı görüşün təfərrüatlarını açıqlamayıb.
"Cebheinfo.az"