Mask: "Amerikanı tənəzzül gözləyir"

Mask: "Amerikanı tənəzzül gözləyir"

ABŞ dövlət xərclərini azaltmasa, iflas ərəfəsində ola bilər.

Bu barədə “Fox News” telekanalına müsahibəsində DOGE-yə (ABŞ Hökumətin Səmərəliliyi Departamenti) nəzarət edən İlon Mask bildirib.

"Əgər bunu etməsək, məhvə məhkumuq. Əgər bu uğur qazanmasa, Amerika gəmisi batacaq. Ona görə də bunu edirik", - o qeyd edib.

"Cebheinfo.az"