Nazir Colani ilə görüşüb

Nazir Colani ilə görüşüb

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedinin Suriyadakı "Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Əhməd əl-Şaara (Əbu Məhəmməd əl-Colani) ilə görüşdüyü açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada nazir Safadinin Suriyanın paytaxtı Dəməşqə səfər etdiyi bildirilib.

Açıqlamada Safedinin Dəməşqdə HTŞ lideri Colani ilə görüşdüyü və  genişmiqyaslı danışıqlar apardığı bildirilib.

İordaniya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Safadinin Dəməşqdə  Suriya rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"