Qərbdən Paşinyana ilk “şapalaq”

Qərbdən Paşinyana ilk “şapalaq”

“Nikol Paşinyan və hökuməti “Freedom House”-un 2023-cü ildə Ermənistanda demokratik idarəetmə reytinqinin 2,50-dən 2,25-ə düşdüyünə dair hesabatını hələ həzm etməyib.

Üstəlik, eyni hüquq müdafiə təşkilatı Ermənistanda polis zorakılığı ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib. Beləliklə, Qərbdən “şapalaq” gəlib”. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “The Past” qəzeti yazır.

“ABŞ Dövlət Departamenti insan haqları ilə bağlı illik hesabatını açıqlayıb və Ermənistan hökuməti tərəfindən işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, habelə davam edən əsassız həbslər barədə etibarlı hesabatlar aldığını vurğulayıb.

Qərbin birdən-birə həqiqətlə bir az da olsa üz-üzə gəlməyə qərar verməsinin bir neçə variantı ola bilər. Məsələn, bu, Nikol Paşinyana xəbərdarlıq ola bilər. Ya da ola bilsin ki, Qərb də Nikol Paşinyanın “əllərini yuyub””, – deyə nəşr qeyd edir.

Xəzər
“Cebhe.info”