Reabilitasiya mərkəzində yanğın: Ölənlər var

Meksikanın Quanajuato əyalətində reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində 12 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, Quanajuato əyalətinin səlahiyyətliləri, narkotik aludəçilərinin müalicə aldığı San Xose İturbide şəhərindəki reabilitasiya mərkəzində yanğının baş verdiyini açıqlayıb.
Məlumatda yanğın zamanı binada olan 12 nəfərin həyatını itirdiyi, ən azı 3 nəfərin isə yaralandığı və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.
Meksika mətbuatında çıxan xəbərlərə görə, bəzi "özəl" reabilitasiya mərkəzləri yoxlanılmır, kifayət qədər vəsait yoxdur və "tez-tez" sui-istifadə olunur.
Bildirilir ki, zorakılığın tez-tez baş verdiyi ölkədə reabilitasiya mərkəzləri analoji “hücum”ların hədəfindədir.
Qeyd edək ki, Quanajuato əyaləti yüksək qətl nisbəti ilə diqqət çəkir. Yeni nəsil Xalisko karteli ilə “Santa Rosa de Lima Karteli” cinayət təşkilatı arasındakı münaqişələr səbəbindən ştatda qətllərin sayının yüksək olduğu təxmin edilir.
Nigar Hacılı
"Cebheinfo.az"