Rusiyaya kütləvi PUA hücumu edildi

Rusiyaya kütləvi PUA hücumu edildi

Rusiyanın bir neçə vilayəti Ukraynanın kütləvi PUA hücumuna məruz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda 17 Ukrayna pilotsuz uçuş aparatının (PUA) Moskva vaxtı ilə gecə saat 20:05-22:30 arasında hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd edilib.

Açıqlamada Smolensk vilayətində beş, Krım üzərində dörd, Belqorod vilayətində üç, Bryansk və Voronej vilayətlərinin hər birində iki, Tver vilayətində isə bir PUA vurulduğu bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"