Suriya erməniləri ölkədən qaçırlar

Suriya erməniləri ölkədən qaçırlar

“Son günlər Suriyada vəziyyət sakitləşsə də, çox sayda erməni Ermənistana köçmək istəyir”. 

Suriyanın Homs şəhərindən Ermənistana qayıdan Seda Sefetyan dekabrın 17-də Zvartnots beynəlxalq hava limanında “NEWS.am”-ın müxbiri ilə söhbətində belə deyib.

Sefetyanın sözlərinə görə, Suriyada hakimiyyətə gələn yeni qüvvələr hər şeyin əvvəlki kimi olacağına söz veriblər: 

"Lakin biz hələ də gələcək inkişafı gözləyirik".

Qeyd edək ki, dekabrın 17-də Suriya ermənilərinin ikinci qrupu Beyrut-İrəvan reysi ilə Ermənistana qayıdıb.

Xəzər
“Cebheinfo.az”