Tehranda Paşinyan əleyhinə etiraz aksiyası keçirilib

Bu gün səhər saatlarında Tehrandakı erməni icmasının nümayəndələri ilə Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Qriqor Akopyan arasında insident baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Tehranda "Erməni Soyqırımı" Memorialında səhər saatlarında keçirilən mərasimdə erməni icmasının nümayəndələri Ermənistanın İrandakı səfiri Qriqor Akopyanı fitə basıblar. Onlar “satqın Nikol” şüarları ilə səfirin qoyduğu çələngi aşırıblar.
“Cebheinfo.az"