Lopezin 68 milyonluq malikanəsi satılır

Lopezin 68 milyonluq malikanəsi satılır

Hollivudun sevilən cütlüklərindən olan Ben Afflek və Cennifer Lopez münasibətlərinin sonlanmasına baxmayaraq, uzun müddətdir media gündəmindədirlər.

“Cebheinfo.az” xəbər verir ki, məşhur cütlüyün Beverli Hillsdə yerləşən və 68 milyon dollar dəyərində qiymətləndirilən lüks malikanələrini satışa çıxardıqları məlum olub.

Belə ki, 2023-cü ildə təxminən 60 milyon dollara aldıqları və lüks detalları ilə diqqət çəkən bu mülk hazırda 68 milyon dollara satışa çıxarılıb. Lakin satış prosesinin asan getmədiyi və cütlük arasında bu mövzuda ciddi fikir ayrılığının yarandığı qeyd olunur.

Cütlüyə yaxın mənbələrin bildirdiyinə görə, Ben Afflek malikanənin alıcı tapması üçün qiymətin 15 faiz endirilməsini təklif edib. Lakin Cennifer Lopez bu təklifə qəti şəkildə qarşı çıxır. Onun fikrincə, malikanə hələ də yüksək bazar dəyərinə malikdir və real dəyərindən aşağı qiymətə satılmamalıdır.

Əmlak üzrə mütəxəssislər isə bildirirlər ki, cütlük bu evi alarkən onsuz da bazar dəyərindən yüksək məbləğ ödəyiblər. Bundan əlavə, Los- Ancelesdə son dövrlərdə baş verən meşə yanğınlarından sonra bölgədə sığorta xərcləri də sürətlə artıb. İddialara görə, malikanənin illik sığorta haqqı təxminən 500 min dollar təşkil edir. Bu da alıcıların marağının azalmasına səbəb olur.

Əfsanə Rəcəb
“Cebheinfo.az”