Öldü deyilən qadın dəfn zamanı ayıldı

İspaniyanın Palma şəhərində baş verən hadisə görənləri heyrətə gətirib.
Xəstəxanada öldüyü açıqlanan yaşlı qadın yas mərasiminə aparılarkən qəfildən tərpənməyə başlayıb. Dəfn evinin işçiləri qadının nəbzinin attığını və barmaqlarını hərəkət etdirdiyini görüblər.
“Cebheinfo.az” “The Mirror” qəzetinə istinadən xəbər verir ki, dəfn evinin işçiləri şok içində təcili xidmətə zəng etdikdə qadına yardım edən təcili yardım işçiləri yaşlı qadının hələ də sağ olduğunu təsdiqləyiblər.
Daha sonra qadın yenidən Juan March de Bunyola xəstəxanasına aparılıb və reanimasiyaya yerləşdirilib. Onun səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
İspaniyanın səhiyyə orqanları ölümün niyə yanlış diaqnoz qoyulduğunu anlamaq üçün daxili araşdırmaya başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"