Tokayev AZAL təyyarəsindən danışdı: “Azərbaycana qarşı...”

Tokayev AZAL təyyarəsindən danışdı: “Azərbaycana qarşı...”

“Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qaldı”.

“Cebheinfo.az”-ın məlumatına görə, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Xalq Assambleyasının 34-cü sessiyasında çıxışı zamanı Qazaxıstan vətəndaşlarının 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində zərər çəkənlərə yerli əhalinin yardımından danışarkən belə deyib.

“Qazaxıstanın qədim Xəzər dənizinin sahillərini bölüşdüyü Azərbaycana qarşı səmimi hissləri var.

Sülh və sabitlik taleyin bizə bəxş etdiyi hədiyyə deyil. Bunlar bizim birliyimizin və ümumi yorulmaz səylərimizin nəticəsidir. Biz buna ötən il Aktau yaxınlığında təyyarə qəzaya uğrayanda bir daha əmin olduq.

Vətəndaşlarımız qurbanlara kömək etməyə tələsdilər. Qan vermək üçün növbəyə durdular. Onlar Azərbaycan səfirliyi önünə gül dəstələri qoyurdular. Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qaldı”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”