Kürdəxanıda istixanada yanğın söndürülüb - VİDEO

Kürdəxanıda istixanada yanğın söndürülüb - VİDEO

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m olan istixana kompleksinin intizibati binası 560 kv.m. sahədə yanıb.

İnzibati binanın böyük hissəsi və bitişik yerləşən istixanalar yanğından mühafizə olunub.

***

11.42

Kürdəxanıda istixanada yanğın söndürülüb.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

11.28

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

11.15

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində istixanada baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı məlumat verib.

***

10.04

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

“Cebheinfo.az"