Suraxanıda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

Suraxanıda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

Aprelin 23-də Bakının Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində oğurluq hadisəsi qeydə alınıb.

“Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində baş verib. Məlumata görə, qəbiristanlıqdakı məzarlardan birinin ətrafına çəkilmiş 400 manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb.

Əməli törədən şəxsi polis artıq saxlayıb.

Onun qəbiristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub.

“Cebheinfo.az"