Pərviz və Üzeyiri lağa qoydu: “Onlardan quyruqlu kabab iyi gəlir” - VİDEO

Pərviz və Üzeyiri lağa qoydu: “Onlardan quyruqlu kabab iyi gəlir” - VİDEO

“Pərviz-Türkan, Nəfəs-Pünhan, Vəfa, Kəmalə kimi müğənnilərin səsindən quyruqlu lülə-kabab iyi gəlir”.

“Cebheinfo.az" xəbər verir ki, bu fikir müğənni Elnar Xəlilova aiddir. O, “Xəbərin var” verilişində trenddə olan bəzi müğənnilərin mahnılarını müzakirə zamanı qalmaqallı açıqlamalar verib.

“Səs rəngi var, bu olmalıdı, səsdən kabab iyi gəlməlidir. Yoxsa sən nə qədər gedib oxusan olmur. Səsdən kabab iyi gəlsə trenddəsən. Bu iy gəlirsə mahnıdan o çörəklidir. Pərviz-Türkan, Nəfəs-Pünhan, Vəfa, Kəmalə kimi müğənnilərin səsindən quyruqlu lülə-kabab iyi gəlir”.

Müğənni bu sıraya həmçinin sənət dostu Üzeyiri də daxil edib:

“Üzeyir dostumdur, bu barədə fikir bildirmək istəmirəm. Ancaq yalan da danışa bilmərəm”.

“Cebheinfo.az"