"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı

"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı

Vaşinqtonda texnoloji nəhəng "Google"a qarşı davam edən antiinhisar işi əsnasında "Perplexity" şirkəti məşhur "Chrome" veb-brauzerini almağa hazırdır.

Oxu.Az "The Verge"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş biznes direktoru Dmitri Şevelenko bildirib.

Bundan əvvəl "OpenAI"nin nümayəndəsi də "Chrome"u almaqda maraqlı olduğunu bildirərək, bu brauzerlə inteqrasiyanın onun şirkətinin məhsullarının keyfiyyətini əhəmiyyətli dərəcədə artıracağını vurğulamışdı. Bununla belə, "Google" satışın potensial mənfi nəticələri, məsələn, "Chrome"dan istifadəyə görə ödənişin tətbiq edilməsi və ya məhsulun keyfiyyətinin aşağı düşməsi riski barədə xəbərdarlıq edir.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi monopoliyaya qarşı mübarizə çərçivəsində texnologiya nəhəngi "Google"u "Chrome" brauzerini satmağa məcbur etməyə çalışır.

“Cebheinfo.az"