İstanbulda partlayış olub

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsindəki su təmizləyici obyektdə qeydə alınıb.
Hadisə nəticəsində beş nəfər yaralanıb, onlardan birinin durumu ağırdır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqadalar göndərilib.
Partlayışın səbəbi məlum deyil.
"Cebheinfo.az"