Nəsimidə 3 avtomobil yandı - VİDEO

Bakı şəhərinin Nəsimi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, “Chevrolet” markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.
“Cebheinfo.az" xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan yaxınlıqdakı “Toyota” markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Cebheinfo.az"