Rusiyada dələduzluqda ittiham olunan generala hökm oxunub

Rusiyada dələduzluqda ittiham olunan generala hökm oxunub

Rusiyada dələduzluqda ittiham olunan general İvan Popova hökm oxunub.

APA-nın Moskva bürosu xəbər verir ki, hərbi məhkəmə general-mayor İvan Popovu dələduzluqda və vəzifə saxtakarlığında təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarına əsasən, İvan Popov dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunaraq hərbi rütbəsindən məhrum edilib.

Bundan başqa, məhkəmə Popova 800 min rubl cərimə də kəsib.

“Cebheinfo.az"